"İşçi sayı ştatda nəzərdə tutulandan çoxdur“ - Emin Əmrullayev

"İşçi sayı ştatda nəzərdə tutulandan çoxdur“ - Emin Əmrullayev

“Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul davam edir. Belə ki, 366 namizəd müsabiqədən uğurla keçib”. SİA xəbər verir ki, bu sözləri brifinq zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, 128 nəfər işə qəbul olunub: “Müsabiqə əsasında işə qəbul prosesi davam etdiriləcək. Xüsusi olaraq qeyd etməliyəm ki, hazırda məktəbəqədər təhsil müəssisələrində işçi sayı ştatda nəzərdə tutulandan çoxdur. Təbii ki, tədricən bu məsələ ilə də məşğul olacağıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə