“Heydər Əliyevin Azərbaycan gənclərinə diqqətini daim hiss edirdik” - SƏDR DANIŞDI
“Ulu Öndər Heydər Əliyevin təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə dövlətçilik və cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşın. Məhz onun təşəbbüsü ilə Azərbaycan gəncləri 1970-ci ildən başlayaraq daha çox ehtiyac duyulan ixtisaslar üzrə SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu addım respublikanın yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasına, milli kadr potensialının daha da gücləndirilməsinə yeni imkanlar yaratdı: “Belə xoşbəxt gənclərdən biri kimi mən də 1970-ci ildə orta məktəbi bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almağa başladım. Orada təhsil aldığımız illərdə biz Heydər Əliyevin sovet respublikalarında təhsil alan Azərbaycan gənclərinə qayğı və diqqətini daim hiss edirdik. O, gənclərin yaxşı təhsil almaqla yanaşı, vətənpərvərlik, müasirlik ruhunda yetişməsi üçün lazımi tədbirlər görürdü”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB