“Konfrans keçirilən tədbirlərin zirvəsi hesab olunur”

“Konfrans keçirilən tədbirlərin zirvəsi hesab olunur”

“Bakı Slavyan Universitetinin rektorunun imzası ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fəaliyyət proqramı hazırlanıb və bununla bağlı təşkilat komitəsi yaradılıb. Yaradılan təşkilat komitəsinə Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Şimali Makedoniyadan və başqa ölkələr aparıcı mütəxəssislər daxilib edilib”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Slavyan Universitetinin Pedaqogika və Psixologiya kafedrasının müdürü Piralı Əliyev bildirib.

Onun sözlərinə görə, təşkil olunan konfransda 600-ə yaxın gənc və orta yaşlı tədqiqatçılar məruzələrinin tezislərini göndəriblər: “Bu tezislər yaradılmış elmi qrup tərəfindən yoxlanılıb və 600-dən 552-i son mərhələyə çıxıb. Konfrans 14 bölmədən ibarətdir. Bu ay ərzində universitetdaxili və xaricində bir çox tədbirlər keçirilib. Bugünkü konfrans isə keçirilən tədbirlərin zirvəsi hesab olunur. Konfrans hər kəs üçün olduqca əhəmiyyət kəsb edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə