“Ulu Öndər Heydər Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük işlər görülüb. Xüsusilə də o cür çətin bir dövrdə tələbələrimizin xaricə göndərilməsi, yeni məktəblərin tikilməsi təhsil sahəsində atılan ən vacib addımlardandır”. SİA xəbər verir ki, bu sözləri çıxışında Elm və Təhsil Nazirliyi yanında təhsilin inkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib.
Onun sözlərinə görə, bu gün təhsil infrastrukturunun yaxşılaşdırılması möhkəm təməl üzərində davam etdirilir: “Hər il 400 nəfər tələbə dünyanın top 500 universitetlərinə göndərilir. Xüsusilə də durmadan inkişaf edən dünyada ölkəmizdə “STEAM” mərkəzlərinin yaradılması da təhsilin inkişafının nə qədər sürətli olduğunu göstərir. Hansı ki, bu inkişaf məhz Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB