“Ulu Öndər xalqın qəhrəmanlıq ruhunu geri qaytarıb” - REKTOR DANIŞDI
“Ulu Öndər Heydər Əliyev dahi bir insan olaraq ölkənin inkişafı naminə məqsədyönlü və ardıcıl fəaliyyət göstərib. Azərbaycan xalqının mədəni inkişafına diqqət edən Ulu Öndər, xalqın qəhrəmanlıq ruhunu geri qaytarmışdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib.
Onun sözlərinə görə, Ulu Öndər müstəqil Azərbaycanı qurduqdan sonra mühüm sahələri müəyyən edərək, onlar arasında əlaqə qurmuşdur: “Xüsusilə iqtisadiyyatın inkişafı yolunda mühüm, əvəzsiz işlər görülüb. Enerji ehtiyatlarından bacarıqlı istifadə olunaraq, ölkənin inkişafını təmin etmək də məhz Ulu Öndərin əvəzsiz xidmətləri sayəsində olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB