“Olimpiada məktəblilər arasında sağlam rəqabət mühiti formalaşdırır“ - EKSPERT DANIŞDI

“Olimpiada məktəblilər arasında sağlam rəqabət mühiti formalaşdırır“ - EKSPERT DANIŞDI

“Azərbaycan fənn olimpiadalarının inkişafına böyük diqqət göstərilir. Bütövlükdə olimpiada hərəkatının inkişafı son illərdə Elm və Təhsil Nazirliyinin çox önəm verdiyi istiqamətlərdən biridir. Bu istiqamətdə artıq sistemli bir fəaliyyət qurulub. Azərbaycanın çox istedadlı şagirdləri beynəxalq olimpiadalarda çox uğurlu nəticələr göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda olimpiada hərəkatının genişlənməsi, istedadlı şagirdlərin aşkarlanması və onların olimpiada bacarıqlarının inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür: “Olimpiada hərəkatının güclənməsi olduqca vacib məqamdır. Bu elə bir hərəkatdır ki, yekunda ən istedadlı şagirdlər ciddi uğur və nəticə qazana bilirlər. Buna görə də olimpiada hərəkatının vahid mərkəzdən idarə olunması və bu istiqamətdə ciddi kompleks hazırlıqların görülməsi istiqamətində işlərə ehtiyac var. Artıq bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə çalışır və müəyyən addımlar atılıb.Olimpiada da iştirak məktəblilər arasında sağlam rəqabət mühitinə də formalaşdırır”.

Bütün xəbərlər Facebook səhifəmizdə