Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsinin "gənc idmançılar" kateqoriyasında 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. BDU-dan SİA-ya verilən məlumata görə, bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.
Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.
Qeyd edək ki, Talıb Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin II kurs tələbəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB