Buraxılış imtahanında sualların səviyyəsi necə idi? - MÜTƏXƏSSİS AÇIQLADI

Buraxılış imtahanında sualların səviyyəsi necə idi? - MÜTƏXƏSSİS AÇIQLADI

“Dünənki 9-cu siniflərin buraxılış imtahanında sualların səviyyəsi qaydasında olub. Yəni, imtahan iştirakçıları sualları normal qaydada cavablandıra biliblər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Məlum olduğu üzrə, ümumi imtahanlar müvafiq olaraq aprel ayı ərzində məhz cari ilin məzunları üçün keçirildi və başa çatdı. Yalnız qarşıda 14 may tarixində bu imtahanlarda üzrlü və yaxud da üzrsüz səbəbdən iştirak etməyənlər, eyni zamanda əvvəlki illərin məzunlarından 9 illikdən kollecə kimi kim qəbul olmaq istəyərsə, məhz həmin şəxslər üçün artıq 9 illik buraxılış formatında imtahan keçiriləcək. Onun əsasında həm cari, həm də əvvəlki ilin məzunları kimlərsə 9 illikdən kolleclərə qəbul olmaq istəyirlərsə, məhz həmin şəxslər iyul ayının sonu və avqust ayının əvvəlləri 9 illikdən kolleclərin müsabiqəsində iştirak hüququ qazanırlar.

Qeyd edim ki, dünənki imtahanda təxminən 48 min nəfərə yaxın şagird iştirak edib. İştirakçılara nəzər yetirsək, birinci imtahanda da təxminən 45- 48 min civarı idi. Ümumilikdə hardasa 130 minə yaxın məhz şagird imtahanlarda iştirak edib. Sualların səviyyəsi həmişə olduğu kimi asan, orta və çətin prinsipi ilə təyin olunub və şagirdlər tərəfindən də normal qaydada cavablandırılıb. İmtahan nəticələri isə təbii ki bir ay ərzində elan olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə