Neft-qaz geologiyası üzrə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Neft-qaz geologiyası üzrə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Mayın 23-dən 26-dək Neft və Qaz İnstitutunda “Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, konfrans neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər üçün nəzərdə tutulub.

Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” adlı elmi forumun keçirilməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə