Qazaxıstanlı tələbələr Azərbaycan Tibb Universitetində təcrübə keçiblər

Qazaxıstanlı tələbələr Azərbaycan Tibb Universitetində təcrübə keçiblər

Azərbaycan Tibb Universiteti (ATU) və Qazaxıstanın Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində beş qazaxıstanlı tələbə ATU-nun ictimai səhiyyə fakültəsinin qidalanma və tibbi ekologiya, uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, ictimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında “Mütəxəssis-gigiyenist” ixtisası üzrə 19 günlük təcrübə keçiblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Universitetin mətbuat xidmətindən verilən məlumata görə, həmin tələbələr mühazirə və praktik məşğələ dərslərində iştirak etməklə yanaşı, tədris prosesi zamanı kafedraların strukturu, tədris olunan fənlər, ölkəmizdə dövlət tərəfindən epidemioloji nəzarətin aparılması, əhalinin sanitar-epidemioloji sağlamlığı sahəsində normativ-hüquqi aktlara riayət olunmasına nəzarətin həyata keçirilməsi qaydaları ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə