"Fikrimcə, tələbələrin regionda olan universitetləri seçməməsinin müxtəlif səbəbləri var. İlk növbədə Bakıda olan universitetlərin maddi-texniki bazası daha yaxşıdır. İkincisi, Bakıda yerləşən ali təhsil müəssisələrində ikili diplom və ya tələbə mübadiləsi vasitəsilə xarici universitetlərdə təhsil almaq şansı daha yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.
Onun sözlərinə görə, eyni zamanda, tələbələrin sosial həyatı da onları düşündürən məsələlərdəndir: "Gənclər düşünür ki, regionlarda sosial mühitin genişləndirilməsi daha çətindir. Bakıda isə bunun üçün kifayət qədər imkan var. Bundan əlavə, tələbələr universitetlərin həm ölkədaxili, həm də ölkədən kənar beynəlxalq göstəricilərini də nəzərə alırlar. Xüsusilə də qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər buna diqqət göstərirlər.
Düşünürəm ki, Bakıda olan universitetlər kifayət qədər özünü inkişaf etdirib. Həmçinin, paytaxtda və ya Abşeronda fəaliyyət göstərən müəllimlərin də, regionda fəaliyyət göstərənlərə nisbətən özünü inkişaf etdirmək səviyyəsi daha yüksək olduğuna görə onlar arasında xeyli fərq var. Öz gələcəyini düşünən tələbələr də bunu nəzərə alırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB