"Təhsilin yenidən qurulması üçün islahatlar aparılıb" - DEPUTAT DANIŞDI

"Təhsilin yenidən qurulması üçün islahatlar aparılıb" - DEPUTAT DANIŞDI

"Ulu Öndər Heydər Əliyev sayəsində SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycanda təhsilin ümumi səviyyəsi baxımından o vaxta qədər rast gəlinməyən məktəb binaları tikilib. Yeni universitetlər açılıb, peşə məktəblərinin əsası qoyulub. Milli kadrlar hazırlamaq üçün SSRİ-nin müxtəlif qabaqcıl universitetlərinə tələbələr təhsil almaq üçün göndərilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, 1993-cü ildən sonra isə Azərbaycan təhsilinin yenidən qurulması üçün islahatlar aparılıb: "Bununla da təhsilimiz Sovet təhsil sistemindən tədricən qoparılmağa başlanılıb. Qabaqcıl dünya təhsil sisteminə inteqrasiya olunması üçün addımlar atılıb. Dərslik və dərs vəsaitləri sayəsində böyük işlər həyata keçirilib. Ulu Öndər hər zaman təhsilin millətin gələcəyi olduğunu vurğulayırdı".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə