“Mir Cəlal Paşayev universitetdə tələbəni hamıdan yüksək hesab edirdi“ - REKTOR DANIŞDI
“Tanınmış pedaqoq, əsərlərini sevə-sevə oxuduğumuz Mir Cəlal Paşayevin 115 illik yubileyini qeyd edirik. Bakı Dövlət Universiteti bu məsələdə öndə gedən proqram hazırlayıb. Çünki Mir Cəlal Paşayevin bütün həyatı demək olar ki, Bakı Dövlət Universiteti ilə bağlı olub. Böyük alim daim elmi yaradıcılıqla məşğul idi”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.
Onun sözlərinə görə, Mir Cəlal Paşayev ömrünün son gününə qədər pedaqoji fəaliyyətini davam etdirdi: “Onun əsərləri bu gün də sevə-sevə oxunulur. BDU tərəfindən hazırlanan tədbirlər planı çərçivəsində həm elmi konfrans keçirilir, həm də tələbələr arasında hekayələr üzrə müsabiqə də elan edilib. Sabah isə həmin müsabiqənin nəticələrini Gəncədə Mir Cəlal Paşayevin muzeyində elan edəcəyik.
Mir Cəlal Paşayev universitetdə tələbəni hamıdan yüksək hesab edirdi. Biz də həmin prinsipləri üstün tutaraq, fəaliyyətimizi davam etdiririk”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB