“Müəllimlərin sertifikatlaşdırma prosesi zəruridir” - NAZİR DANIŞDI

“Müəllimlərin sertifikatlaşdırma prosesi zəruridir” - NAZİR DANIŞDI

“1990-cı illərin əvvəllərində, Sovet dövründə Azərbaycandan kənarda təhsil almış bir çox müəllimlər var ki, onların diplomlarının saxta olub-olmamasını sübut etmək çox çətindir. Bu cür hallarla da dəfələrlə üzləşmişik”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, buna isə əsasən o dövrün kollec məzunlarında rast gəlinir: “Bəzən isə müəllimin diplomunun saxta olmadığı, lakin bu zaman da onun yetərli bilik və bacarıqlarının olmadığı üzə çıxır. Hansı ki, bu kimi halların qarşısının alınması üçün müəllimlərin sertifikatlaşdırma prosesi zəruri hal alır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə