Dəniz yük daşımalarının həcmi artıb

2019-cu ildə dəniz yük daşımalarının həcmi 1,55 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. SİA Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər verir ki, dəniz yolu ilə daşınan yüklərin ümumi həcmi 948,2 milyon dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 22,2 faiz artıqdır.

İxracat daşınmasının həcmi 336,2 min tona yaxın göstərici təşkil edib - bu, 2018-ci ildəkindən 1,4 dəfə çoxdur. İxrac olunan malların ümumi göstəricisi 155.52 milyon dollar (artım 26.6 faiz) təşkil edib.

Hesabat dövründə dəniz nəqliyyatı ilə idxal olunan yüklərin həcmi 1,21 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 1,7 dəfə çoxdur. İdxal olunan malların ümumi göstəricisi isə 708,3 milyon dollar (artım 17,6 faiz) olub.

Ümumilikdə hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsi 33,3 milyard dollar, xüsusilə ixrac - 19,64 milyard dollar, idxal - 13.667 milyard dollar təşkil edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə