İlham Şaban: “Dünyanın yeni enerji siyasətində təbii qazın çəkisi arta bilər“
Yaponiyada zəlzələ və sunamidən sonra "Fukusima-1" nüvə stansiyasında baş verən yanğın və partlayışlar nüvə enerjisinin səmərəli olması ilə yanaşı təhlükə mənbəyi olduğunu bir daha ortaya qoydu. Dünyanın bir çox ölkələrin əhalisi nüvə stansiyalarının bağlanması tələbi ilə çıxış etməyə başlayıblar. Eyni zamanda dünyanın tanınmış mətbu orqanları nüvə erasının sona çatacağı ilə bağlı şərhlərlə çıxış edir.
İqtisadçı ekspert İlham Şabanın fikrincə, dünya ölkələrinin yeni enerji siyasəti ilə bağlı indidən qəti fikir söyləmək olmaz. SİA-ya açıqlamasında ekspert bildirib ki, veriləcək qərarlar Almaniya, Rusiya və digər iri nüvə enerjisi istehsalçılarının gəldiyi qənaətdən asılıdır: "Nüvə reaktorlarının müəyyən istismar müddəti olur. Məsələn, Rusiyada nüvə reaktorlarının istismar müddəti 20-30 ildir və onlar köhnəlib. Qənaətə gəlsələr ki, yenilərin tikilməsi iqtisadi baxımdan sərf etmir, bu zaman təbii qaza üstünlük veriləcək və dünyada enerji istehsalında qazın çəkisi artacaq. Yox əgər qənaətə gəlsələr ki, 5-ci nəsil texnologiyanı 6-cı nəsillə əvəz etmək mümkün olacaq, o zaman enerji siyasətində də ciddi bir dəyişiklik olmayacaq".
Rusiyanın iri enerji mənbələrinə sahib olmasına baxmayaraq nüvə enerjisinə üstünlük verməsinə gəlincə, İ.Şaban bildirib ki, bu ölkənin nüvə enerjisinə üstünlük verməsi iqtisadi amillərlə deyil, "soyuq müharibə"nin prinsipləri ilə bağlı olub: "Ukraynanın özündə də 3 nüvə reaktoru qurulmuşdu. Onlardan birində də qəza baş verdi. Bir vaxtlar SSRİ Nazirlər Komitəsi Azərbaycanda Atom Elektrik Stansiyası tikmək barədə qərar vermişdi. Bu çərçivədə Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Baxmayaraq ki, Azərbaycanda neft və təbii qaz hasilatı istilik elektrik stansiyaların tikintisinə imkan verirdi. Digər tərəfdən də nüvə enerjisi çox bahalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB