30 milyon adam işindən oldu

Dünya maliyyə böhranı 30 milyon işçinin işini itirməsi ilə nəticələnib. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu rəqəmi Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kan Mərakeşdə keçirilən Humanitar İnkişaf Forumunda etdiyi çıxışında açıqlayıb. O, qeyd edib ki, qloballaşan dünyanın əsas məqsədi məşğulluq problemini aradan qaldırmaq olmalıdır.

 

BVF-nin icraçı direktoru gələcəkdə vəziyyətin daha pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Dominik Stross-Kanın fikrincə, qarşıdakı illərdə 400 milyon adam işini itirə bilər. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hazırda dünyada 210 milyon işsiz var. Yaxın 10 ildə isə bu rəqəmin təxminən 440 milyon ilə ifadə olunacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə