Qızılın bahalaşması davam edəcək, yoxsa? - İQTİSADÇI AÇIQLADI

"Dünyada artıq qızılın qiymətində artım müşahidə olunur. Bu qızıl qeyri-sabit, iqtisadi və siyasi şəraitdə kifayət qədər sabit və cəlbedici investisiya aləti olduğundan investorların marağına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu baxımdan əlbəttə ki, qızılın daim dəyəri qorunur və artır:

"Bu baxımdan insanların da marağını çəkir. Yaxşı olardı ki, hər kəs öz yığımını şaxələndirilmiş investisiya alətlərində saxlasın. Yəni, investisiya portfeli şaxələndirilməlidir — qızıl, daşınmaz əmlak, səhmlər, istiqrazlar və digər maliyyə alətləri arasında balanslı bölgü aparılmalıdır. Bu yanaşma risklərin azaldılmasına və uzunmüddətli maliyyə sabitliyinin təmin olunmasına kömək edir. Nəticə etibarilə, qızıl hazırkı şəraitdə olduqca cəlbedici və təhlükəsiz bir seçim olsa da, səmərəli maliyyə strategiyası üçün şaxələndirilmiş portfelin qurulması vacibdir. Hər kəsin fərdi maliyyə məqsədlərinə və riskə dözümlülüyünə uyğun şəkildə investisiya qərarları verməsi tövsiyə olunur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə