Azərbaycan Cibutidə keçirilən beynəlxalq səviyyəli “Cibuti Forum 2025” tədbirində iştirak edir. SİA foruma istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini Bəhruz Bəhramov təmsil edir.
Forumu Cibutinin Suveren Sərvət Fondu (Fonds Souverain de Djibouti) təşkil edib. Tədbir inkişaf etməkdə olan bazarlara investisiyaları sürətləndirmək üçün qlobal platformadır. Forumda Cibutinin, eləcə də Afrika qitəsinin potensialı və perspektivləri nümayiş etdiriləcək.
Bundan başqa, forum maraqlı şəxslər arasında əməkdaşlığı inkişaf etdirmək və bütün subregion üçün strateji investisiyaları sürətləndirmək üçün baş direktorları, investorları və digər şəxsləri bir araya gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə