Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək

Sabah iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək. Bu barədə SİA Pakistanın xarici işlər nazirliyinə istinadən xəbər verir.

Səfər zamanı M.Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək. O, Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə