Dünya fond bazarlarında kəskin eniş davam edib

Dünya fond bazarlarında kəskin eniş davam edib

Donald Trampın “Azadlıq günü” tarifləri artıq iki gündür ki, dünya fond birjalarında kəskin enişə səbəb olub. SİA-nın məlumatına görə, aprelin 4-də Amerika fond bazarlarında Dow Jones indeksi 5.50% – 38,314.86 bəndədək, S&P 500 indeksi 5.97% – 5,074.08 bəndədək, Nasdaq indeksi isə 5.82% – 15,587.79 bəndədək enib.

Avropa fond bazarlarında isə aprelin 4-də FTSE 100 indeksi 4.95% – 8,054.98 bəndədək, Almaniyanın DAX indeksi 4.95% – 20,641.72 bəndədək, Fransanın CAC-40 indeksi isə 4.26% – 7,274.95 bəndədək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi də 0.87% azalaraq 1.0956 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə