Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib

Azərbaycan Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti ilə ölkədə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, “ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olub: “Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə