ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib. SİA bu barədə ADY-yə istinadən xəbər verir.
Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 sərnişin səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə