Martın 31-də Amerika fond bazarlarında Dow Jones indeksi 1% – 42,001.76 bəndədək, S&P 500 indeksi 0.55% – 5,611.85 bəndədək artıb, Nasdaq indeksi isə 0.14% – 17,299.29 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 31-də FTSE 100 indeksi 0.88% – 8,582.81 bəndədək, Fransanın CAC-40 indeksi 1.58% – 7,790.71 bəndədək, Almaniyanın DAX indeksi 1.33% – 22,163.49 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% azalaraq 1.0815 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə