Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 %-ə yaxın azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 25,829 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 14,035 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır.

İki ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 2 % artaraq 2,098 milyard ABŞ dollarına, fevralda isə 2,2 % artaraq 1,07 milyard ABŞ dollarına çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə