Dünya Bankı Qazaxıstanda karbon bazarının inkişafı üçün 4,8 milyon dollar ayırıb

Dünya Bankı Qazaxıstanda tullantıların kvotası üzrə ticarəti sisteminin inkişafına və karbon qiymətlərinin müəyyən edilməsi mexanizmlərinin ölkənin iqtisadi strategiyasına inteqrasiyasına yönəlmiş “Bazarın Reallaşdırılması üzrə Tərəfdaşlıq” (PMI) layihəsinin həyata keçirilməsi üçün 4,8 milyon ABŞ dolları məbləğində qrant ayırıb. SİA banka istinadən xəbər verir ki, layihə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ölkənin karbon bazarının operatoru olan “Jasıl Damu” SC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihə 2028-ci il iyunun 30-dək həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan istixana qazları emissiyalarının ticarət sistemini tətbiq edən ilk Mərkəzi Asiya ölkəsi olub. Bu sistemin gücləndirilməsi və modernləşdirilməsi onun effektivliyinin artırılması və beynəlxalq standartlara uyğunluğu üçün əsasdır.

Layihəni maliyyələşdirən PMI Etimad Fondu ölkələrə öz iqtisadi prioritetlərinə uyğun olaraq karbon qiymətləri alətlərini inkişaf etdirməyə, sınaqdan keçirməyə və tətbiq etməyə kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə