"Davos forumu ölkəmizin daha yaxşı tanınması üçün çox yaxşı platformadır" - DEPUTAT DANIŞDI

"Davos forumu ölkəmizin daha yaxşı tanınması üçün çox yaxşı platformadır" - DEPUTAT DANIŞDI

“Davos İqtisadi Forumu 1974-cü ildən bəri keçirilir və 2021-ci ildə onlayn, 2022-ci ildə isə vaxtı dəyişdirilərək may ayında təşkil olunub. Bu forum hər il yüksək səviyyədə keçirilən tədbirdir. Bu forumun əsas özəlliyi dövlət və özəl sektorun dünya qarşısında duran iqtisadi mözuları birgə müzakirə etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan da Davos İqtisadi Forumunda daimi olaraq iştirak edir: "Cənab Prezident hər il ölkəmizdə aparılan iqtisadi islahatlar, gələcək gözləntilər, yeni çağırışlar barədə həm məruzələrində, həm də debatlar da geniş məlumat verir. Davos İqtisadi Forumu ölkəmizin imkanları, dövlət olaraq daha yaxşı tanınması üçün çox yaxşı platformadır. Cənab Prezident də bu imkanlardan geniş surətdə istifadə edir. Bu isə təbii ki, ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir.

Azərbaycanın İsveçrə ilə çox yaxşı münasibətləri var. Qarşılıqlı iqtisadi əlaqələr və siyasi məsələlərdə hər il daha da inkişaf hiss olunur. Düşünürəm ki, cənab Prezidenti bu ölkəyə hər səfəri və ölkə rəhbərlərinin Azərbaycana səfər etmələri ölkələr arasındakı münasibətləri daha yüksələn xətlə inkişafına təkan verir.

Covid-19 pandemiyasından sonra dünyadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin hər biri dünyada çox çətin həll olunan problemlər yaradıb. 1970-ci ildən bu günə qədər dünya ən böyük iqtisadi geriləmə hiss edilir. Buna görə də bu il keçirilən Davos iqtisadi forumu bütün bu problemlər üzrə geniş müzakirələrin edilməsinə şərait yaratmış olacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ölkəmizin bütün iqtisadi uğurları, işğaldan azad olunmuş bölgələrdə gedən layihələr, bərpa-tikinti işləri və orada dünyanın böyük şirkətlərinin iştirak etməsi çox yaxşı fürsət kimi dəyərləndiriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə