İsmayıllıda “Vətən sevdası” sənədli filminin təqdimatı keçirilib
İsmayıllıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İsmayıllı Yazarları” Ədəbi-ictimai Birliyi tərəfindən reallaşdırılan “Vətən sevdası” sənədli filminin təqdimat mərasimi keçirilib. Filmin təqdimatı min nəfərdən çox tələbənin təhsil aldığı İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində təşkil olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, sənədli filmdə Azərbaycan Ordusunun yenilməzliyi, xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyi diqqət çəkir. Sənədli filmdə 30 ilə yaxın davam etmiş işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar verilir.
Layihə Vətən müharibəsində İsmayıllıdan olan şəhidlərin həyat və döyüş yollarını təqdim etmək, onların adlarının əbədiləşdirilməsi, eyni zamanda, cəmiyyətdə, gənc nəsildə vətənpərvərlik ruhunun, milli birliyin daha da möhkəmlənməsi məqsədilə həyata keçirilib.
“İsmayıllı Yazarları” Ədəbi-ictimai Birliyinin və layihənin rəhbəri Şahməmməd Soltanov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin təşkilinə görə əlaqədar təşkilatlara, filmin ərsəyə gəlməsində iştirak etmiş şəxslərə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB