"İgidlərin sözü” ədəbi layihəsinin təqdimatı baş tutub - FOTOLAR

Bu gün Beynəlxalq Muğam Mərkəzində şəhid, qazi və müharibə iştirakçılarının şeir və esselərinin toplandığı “İgidlərin sözü” antologiyasının təqdimatı baş tutub. Kitabın ideya müəllifi Nigar Həsənzadə, redaktoru isə Aida Eyvazlı Göytürkdür. “İgidlərin sözü” ədəbi layihəsinin təqdimatı 2021-ci ilin noyabr ayında BMM-də gerçəkləşmişdi.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin nəşri olan antologiya 2021-ci ildə çapdan çıxıb.

Antologiyada aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ müharibəsi şəhidləri – polkovnik-leytenant Elzamin Təhməzov, baş gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əlioğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev və Tamerlan Əsədovun bədii nümunələri yer alıb.

Layihəsinin bu ilin 14-15 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günlərində də təqdimatı olmuşdu.
Layihənin həyata keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış igid oğulların bədii yaradıcılıq nümunələrini ictimaiyyətə təqdim etməkdir.

Təqdimatın rəsmi hissəsində millət vəkili Qənirə Paşayeva, Kitabın redaktoru Aida Eyvazlı çıxış etdilər.
Tədbirin bədii hissəsində isə müharibə iştirakçılarının bədii nümunələri nümayiş etdirilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə