Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Baş İdarədən SİA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.
Kitabxanaçı Aliyə Rzayeva tədbirin mövzusu haqqında oxuculara məlumat verərək deyib: “Azərbaycan 8 Noyabr - Zəfər Gününün ikinci ildönümünü qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib”.
Sonda Aliyə Rzayeva öz yaradıcılığından “Zəfər salnaməsi” adlı şeirini səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB