Xanəndə Süleyman Abdullayev Müşfiqabadda ailə məzarlığında dəfn ediləcək
Əməkdar artist, xanəndə Süleyman Abdullayevlə (Dədə Süleyman) vida mərasimi bu gün saat 14:00-dan 15:00-a kimi yaşadığı evdə - Bakı şəhəri, Yasamal rayonunda keçiriləcək. SİA-nın xəbərinə görə, daha sonra xanəndə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində ailə məzarlığında dəfn ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB