“Akvarella lirika” adlı fərdi sərginin açılış mərasimi keçirilib - TƏDBİR FOTOLAR
Rəssam Hafiz Kərimovun “Akvarella lirika” adlı fərdi sərginin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, sərgi suluboyaçı rəssam Hafiz Kərimovun 55 illik yubileyi münasibətilə keçirilir.
Sərginin açılışında Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və rəssamlar iştirak ediblər.
Suluboyaçı rəssam Hafiz Kərimov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mahmudoba kəndində anadan olmuşdur.
Rəssam 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bir neçə fərdi və qrup sərgilərinin iştirakçısı olmaqla bərabər, rəssamlar üçün nəzərdə tutulan ictimai işlərdə fəallığı ilə seçilib və dəfələrlə mükafata layiq görülüb.
Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, özəl qalereyalarda, o cümlədən, xarici və yerli kolleksiyalarda saxlanılır. Hazırda rəssamığını davam etdirməklə bərabər pedaqoji fəaliyyətlə məşğuldur.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə keçirilir.
Sərgi oktyabr ayının 24-ə qədər davam edəcək.
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB