"Uşaq musiqi və incəsənət məktəblərində yeni sistem yaradılacaq" - NAZİR AÇIQLADI
"Bu gün bizim üçün önəmli bir gündür. Təşkil etdiyimiz tədbirdə uşaq və musiqi məktəblərimizdə olan islahatlar prosesi barədə danışacayıq". SİA xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov Muğam Mərkəzində keçirilən "İncəsənət Məktəblərində islahat prosesləri: məqsəd və naliyyətləri" mövzusunda keçirilən müşavirədə qeyd edib.
Nazir bildirib ki, milli mədəniyyətimizin inkişafının əsasında uşaq musiqi və incəsənət məktəbləri mühüm əhəmiyyətə malikdir: "Biz bu sahədə fəaliyyətimizi təkminləşdirə bilməsək mədəniyyətimizin və təhsilimizin inkişafından danışa bilmərik. Artıq 2 ildir ki, Mədəniyyət Nazirliyi tərəfindən bölgələrimizdə fəaliyyət göstərən musiqi məktəblərində yoxlamalar həyata keçiririk. Bu yoxlamalar nəticəsində də uşaq musiqi məktəblərində ciddi pozuntuların baş verdiyini gördük. Bu pozuntulara koorupsiyanın olması, nəzarət sisteminin olmaması və s. hallar aiddir.
Təbii ki, bütün bunların baş verməsi uşaqlarımızın musiqi məktəblərində yaxşı təhsil almasına ciddi şəkildə mənfi təsir göstərir. Bu səbəbdən də ilkin islahatlarımız məhz musiqi məktəblərindən başladı. Qısa müddət ərzində də çox önəmli inqilabi inkişafa təməl qoyduq. Bu təməlin əsasını incəsənət məktəblərində elektron sistemin yaradılması ilə başlatdıq. Ölkəmizdə 210 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu yaradılan yeni sistemlə də həmin məktəblərimizdə müəllimlər və şagirdlərin şəxsiyyət vəsiqəsində olan PİN kodla qeydiyyatı prosesi baş tutacaq. Beləliklə də, bir şagirdin 3-4 məktəbdə təhsil almasının qarşısı alınacaq. Həmçinin bildiyiniz kimi müəllimlərin bir neçə məktəbdə qeyri-rəsmi şəkildə fəaliyyət göstərməsi halları da baş verir. Biz də bu yeni yaratmışq olduğumuz sistemlə bütün bu kimi halların qarşısını alacağıq. Bu çox önəmli bir vəziyyətdir. Çünki bu sistemlə biz uşaq musiqi və incəsənət məktəblərində nə qədər şagirdin təhsil aldığını və nə qədər müəllimin isə təhsil verdiyini bilmiş olacayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB