“Üzeyir ənənəsinin sönməz ulduzları” adlı konsert proqramı keçirilib - TƏDBİR FOTOLAR

Rəşid Behbudov adına Dövlət Mahnı Teartında “Üzeyir ənənəsinin sönməz ulduzları” adlı konsert proqramı keçirilib. SİA xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutmalı idi, lakin məlum səbəblərdən tədbirin vaxtı dəyişdirilərək 10 oktyabr 2022-ci il tarixinə salınıb.

Konsertdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri, Rəşid Behbudov adına Mahnı Teatrının instrumental ansamblı və caz kvarteni ifa ediblər. Fortepianoda Rəşid Behbudov adına Dövlət Mahnı Teatırının bədii rəhbəri Salman Qəmbərov ifa edir, drijor Vasif Axundov orkestri müşaiyət edir.

Konsertdə xalq artisti Gülyanaq Məmmədova, Heydər Anatollu, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistləri Fəxri Kazım Nicat, Rövşən Qəhrəmanov, Mədinə Kazımova, Taleh Yahyayev və Günay Məmmədova ifa ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə