“Bu ilki sərginin özəlliyi odur ki, ilk dəfə olaraq qardaş Türkiyə fəxri qonaq qismində iştirak edir. Onlar üçün gözəl şərait qurulub. Türklər 40-dan çox nəşriyyat və yazıçıları ilə sərgiyə qatılıblar. Bu bizi çox sevindirir”. SİA xəbər verir ki, bu sözləri Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu ilin sonunda İstanbulda keçiriləcək kitab sərgisində Azərbaycan fəxri qonaq kimi dəvət olunub: “Biz bu dəvəti məmnuniyyətlə qəbul etmişik. Bu yazıçı, ədəbiyyatşünas və digər incəsənət nümayəndələri arasında gözəl bir körpü rolunu oynayır, bizi bir-birimizə daha sıx bağlayır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə