“5 gün ərzində Azərbaycan kitab sevərlərin mərkəzinə çevriləcək” - MƏDƏNİYYƏT NAZİRİ

“Bu gün bayramdır. Özü də kitab bayramı. Bu gün 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışını etdik. Bu sərgi çox önəmlidir”. SİA xəbər verir ki, bu sözləri Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu il cənab Prezident tərəfindən "Şuşa ili" elan olunduğu üçün sərgi də "Şuşa ili"nə həsr edilib: “Sərgidə 16 ölkədən 63 təşkilat, eyni zamanda yerli 123 nəşriyyat var. Tədbir çərçivəsində 5 min ölkədə 200-dən çox kitab təqdimatları, yazıçı və şairlərlə görüşlər, masterklaslar olacaq”.

Nazir sözlərinə belə davam edib: “Bu 5 gün ərzində Azərbaycan kitab sevərlərin mərkəzinə çevriləcək. Azərbaycan kitaba və ədəbiyyata çox böyük önəm verir. Biz bunu tarixən də göstərmişik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə