“Kitab hər bir ailənin evinin ən dəyərli nemətlərindən biri hesab olunur” - Əli Əhmədov

“Böyük məmnuniyyətlə bu gün Bakıda keçirilən kitab sərgisi münasibətilə bu sərgini təşkil edən Mədəniyyət Nazirliyinə və qonaqlara öz minnətdarlığımı bildirirəm. Kitab bəşəriyyət və insan həyatında çox mühüm yer tutur”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində deyib.

Onun sözlərinə görə, böyüklərdən gələn tapşırıq və müqəddəs kəlamlar da insanlara kitablar vasitəsilə çatdırılır: “Yəqin ki, uzun illər boyu kitabsız həyatı və inkişafı təsəvvür etmək mümkün deyildi.

Kitab insan həyatında öz yerini tutmaqdadır. Kitab hər bir ailənin evinin ən dəyərli nemətlərindən biri hesab olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə