Bakıda kitab sərgisi keçirilir - FOTOLAR

Bu gün Bakıda IV Milli Kitab Sərgisi keçirilir. SİA xəbər verir ki, kitab sərgisində müxtəlif növdə kitablar, dünyaca məşhur yazıçıların əsərləri, məktəb ləvazimatları, əl işi ilə hazırlanmış suvenirlər, toxuma işləri, oyuncaqlar və bəzək əşyaları sərgilənir. Kiçik bizneslə məşğul olan şəxslər öz əl işlərini bu sərgidə nümayiş etdirir. Sərgi çərçivəsində imza günləri olacaq.

Qeyd edək ki, sərgi Bakı İdman Sarayında oktyabr ayının 1-nə kimi davam edəcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə