Bu gün Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycan Evinin təntənəli açılışı olub. SİA xəbər verir ki, Azərbaycan Evi ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün mədəni tədbirlərin keçirildiyi məkan kimi xidmət edəcək.

Xatırladaq ki, dünyanın 20-yə yaxın şəhərində Azərbaycan Evi açılıb. Bu, xarici siyasət, Azərbaycanın təbliğatı ilə yanaşı, Vətəndən uzaqda böyüməkdə olan gənc nəslə Azərbaycan dilinin tədris edilməsi, vətənpərvərlik hisslərinin aşılanması məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə