“Biz xoşbəxt xalqıq ki, irsimiz qorunub saxlanılır” - NAZİR MÜAVİNİ
“İqtisadiyyat elmi ayrı-ayrı ölkələrin sərvətində olan fərqlər üzrə araşdırma aparır. Bu proses orta əsrlərdən başlayıb”. SİA xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qloballaşma dövründə pandemiya ilə üzləşən dünya bu məsələlərə daha çox diqqət yetirir: “Bu konfrans Şuşada başlayıb. Ölkəmiz 30 ilə yaxın işğal altında olub, mədəni ocaqlarımız dağıdılıb. Muzeylər, musiqi məkətblərimiz dağıdılıb. Qarabağda 993 təhsil ocağı məhv edilib. Bizim torpaqlarımızın işğaldan sonra bərpa olunmasında mədəni abidələrimizə sərvətlərimizə diqqət yetirilir. Bu gün mədəni abidələrimiz bərpa olunur. Biz xoşbəxt xalqıq ki, irsimiz qorunub, saxlanılır. Sərvətlərimizi gələcək nəsillərə ötürməliyik”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB