"Şuşa ili" çərçivəsində beynəlxalq elmi-praktik konfrans keçirilib - YENİLƏNİR-FOTOLAR
Bu gün “Şuşa İli” çərçivəsində “think4culture” çağırışı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan mədəniyyə naziri Anar Kərimov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra qarşımızda duran əsas məqsədlərdən biri də yaradıcılıq ənənələrinin inkişaf etdirilməsidir: “Ənənələrimizin dirçəldilmə prosesi çoxşaxəli prosesdir. Ən önəmli prosesdən biri də mədəniyyətimizin dirçəldilməsidir. Təbii ki, burada ilk növbədə yaradıcılıq ənənələrinin aşılanmasıdır. Ənənələrimizin bərpasında daha çox yaradıcılığın və mədəni dirçəlmənin iqtisadi tərəflərini də düşünməliyik. Bugünkü tədbir də məhz buna həsr olunub. Çox şadıq ki, prosesi bu tədbirlərlə başladırıq. Tədbirdə bir çox dövlər qurumlarımız iştirak edir. Mədəniyyət Nazirliyi olaraq yaradıcı sənayelərin inkişaf etdirilməsinə xüsusi önəm veririk. Mədəniyyət Nazirliyinin dəstəyilə yaradıcı sənayelər federasiyası yaradılıb. Bu federasiya özəl sektorla dövlət sektoru arasında körpü rolu oynayır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB