"Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılıb - FOTOLAR
Azərbaycan Milli Xalça Muzeyində “Geyimincazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanla Serbiya arasında diplomatikmünasibətlərin qurulmasının 25-ci ildönümünə həsredilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyininkolleksiyasından 64 eksponat nümayiş olunur. Serbxalqının mədəni irsini, onların keçmiş həyat tərziniözündə ehtiva edən bu nümunələr Balkan yarımadasıvə Orta Dunay düzənliyi ərazisində istifadə olunan,XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasəngödəkcə və jiletlərdən ibarət olan eksponatların zənginbədii tərtibatı, nəbati motivli rəngarəng naxışları OrtaDunay ərazisində kənd təsərrüfatının inkişafını,torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizəedir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi,Azərbaycan Milli Xalça Muzeyi və BelqradEtnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanınölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgioktyabrın 16-dək davam edəcək.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serbxalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özünrənglə”, fetr üzərində qaytanla sancma və sanamatikmələri üzrə ustad dərsləri keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB