Basketbolçu kədərləndiyini dilə gətirdi

2022-ci il Avropa Çempionatının son 16 turunda Fransaya məğlub olan Türkiyənin kişilərdən ibarət Basketbol milli komandası vətənə qayıdıb. SİA xəbər verir ki, milli basketbolçu Furkan Qorxmaz da Türkiyəyə istədikləri kimi qayıda bilmədiklərinə görə kədərləndiklərini bildirib. Ay-ulduz komandasının əlindən gələni etdiyini ifadə edən Furkan, "Ayrıldıq, belə deyək. Çox kədərli idi. Hələ də damarlarımda Fransa matçının ab-havasını, həyəcanını, kədərini və sevincini hiss edirəm. Qalib ola bilərdik. Ölkəyə daha xoşbəxt və qürurlu qayıtdıq, amma olmadı. Texniki komandanı və oyunçularımı təbrik edirəm. Bizi dəstəkləyən xalqımıza da təşəkkür edirəm. Daha çox turnirlər var. Bunları unutmaq şansımız çox olacaq. Ümid edirəm ki, bizi daha yaxşı günlər gözləyir. Qürur duyacağımız bir komandamız var"-deyə, fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə