Bakıdakı Rus evində “Gənc istedadların sərgisi” layihəsinə start verilir

Sentyabrın 17-də Bakıdakı Rus evində “Gənc istedadların sərgisi” layihəsinə start verilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyasının təşəbbüsü və Rus evinin dəstəyi ilə həyata keçirilir.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Xanım Tapdıqovanın, Prezident təqaüdçüsü, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının artisti Olqa Arsentyevanın, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq üzrə magistri Mariam Sotnikovanın əl işləri nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə