Yayım Assosiasiyasının təşkilatçılığı ilə Lənkəran şəhər Mərkəzi Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin oxucularla görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə rayonun bütün kitabxana əməkdaşları, ziyalılar və çoxsaylı oxucular iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Nuranə Nəsirova Elbrus Kəlbiyevin kitablarının oxucular tərəfindən sevilərək oxunduğunu qeyd edib.
Görüşün təşkilatçısı olan Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov bu il yazıçı-oxucu görüşlərinin müxtəlif regionlar üzrə üç mərhələdə keçirəcəyini bildirib. Onun sözlərinə görə, ilk mərhələdə bolgələrdə yerli yazarlarla görüşlərin təşkili, ikinci mərhələdə mərkəzdən yazarların bölgələrdə görüşlərinin təşkili və nəhayət, üçüncü mərhələdə bölgələrdə tanınan yazıçıların paytaxtda görüşlərinin təşkili nəzərdə tutulub:” Biz hazırda nəzərdə tutduğumuz layihənin ikinci mərhələsindəyik. Yəni, məqsədimiz paytaxtda yazıb-yaradan tanınmış şair və yazıçıların bölgələrdə görüşlərini həyata keçiririk”.
Y. Zeynalov daha sonra biri-birindən maraqlı beş detektiv roman müəllifi olan Elbrus Kəlbiyevin həyat və yaradıcılığı haqqında görüş iştirakçılarına məlumat verdikdən sonra sözü Elbrus Kəlbiyevə ötürüb. E. Kəlbiyev Bakı, Gəncə, Lerik, Sumqayıtdan sonra Lənkəran oxucuları ilə görüşdən məmnun olduğunu bildirərək yaradıcılığı haqqında ətraflı söz açıb.
Görüşdə qonaq qismində iştirak edən ziyalılardan Etiram Miriyev şair-jurnalist Mubariz Süleymanlı, Lənkəran şəhər 4 saylı məktəbin direktor əvəzi Mirzəxan Məmiyev yazıçı-oxucu görüşlərinin vacibliyindən, E. Kəlbiyevin yaradıcılığından danışaraq göüşün təşkilatçısı olan Yayım Assosiasiyasına və onun rəhbəri Yaşar Zeynalova minnətdarlıqlarını bildiriblər.
Sonda müəllif ən fəal oxucularına imzalı kitablarını hədiyyə edərək onlarla xatirə olaraq şəkil çəkdirib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB