Pakistanda musson yağışları nəticəsində Dünya Mirası Siyahısına daxil olan Mohenco-daroda 4500 illik divarların bir hissəsi uçub.
SİA-nın əldə etdiyi məlumata görə, Sind əyalətinin cənubunda Hind çayı yaxınlığında yerləşən Mohenco-daro xarabalıqları musson yağışlarından zərərə uğrayıb.
Bölgədən məsul Əhsən Abbasi rekord qıran yağışın təsirinə diqqət çəkərək deyib: "Muson yağışları səbəbindən təxminən 5000 yaşlı böyük divar bir neçə yerdən dağılıb. Bərpa işləri arxeoloqlarla birlikdə başlayacaq”.
Ə.Abbasi dəymiş ziyanın maddi miqyası barədə məlumat verməyib.
Qeyd edək ki, Mohenco-daro xarabalıqları Cənubi Asiyada ən yaxşı qalmış abidələrdən biri idi. Tarixi abidə Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Bölümü – UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.
Mohenco-daro xarabalıqları 1922-ci ildə aşkara çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB