Antalyanın Serik rayonunda təşkil etdiyi “Rixy” uşaq festivalına 30 ölkədən 500 uşaq qatılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Uşaqlar üçün çoxlu əyləncəli sürprizlərin hazırlandığı tədbirdə akrobat, şar, virtual reallıq və sehrbaz, kiçik rəqs qruplarının şouları nümayiş etdirilib.
Festival ərazisində yaradılmış yemək və içki bölmələrində uşaqlara desert və müxtəlif yemək təqdim edilib. Tədbir uşaqların heyranlıqla izlədiyi dron və Madriqal şousu ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB