Əfsanəvi gürcü müğənni konsertdən yığılan pulunu Ukrayna üçün xərcləyib

Əfsanəvi gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze iyulun 19-da Batumidə təşkil olunmuş konsertindən əldə etdiyi bütün gəliri Ukrayna Silahlı Qüvvələrinə xərcləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sənətçi “Mtavari” telekanalına müsahibəsində deyib.

Bildirib ki, V. Kikabidze konsertdən yığılan pula içərisi quru yeməklərlə dolu olan mikroavtobus alıb. Mikroavtobus 26 saylı artilleriya briqadasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə