Misirli tarixçi alim Azərbaycan tarixi haqqında proqram hazırlayıb

Misirli tarixçi alim, İsgəndəriyyə Kitabxanasının əməkdaşı Xalid Azab özünün “Mədəniyyət və kitablar” yutub kanalında Azərbaycan tarixi haqqında proqram yayımlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, misirli alim Səfəvilər dövləti, Əfşar imperiyası və Qacar dövləti barədə ərəbdilli tamaşaçılarına ətraflı məlumat verib, Nadir şah Əfşar, Ağaməhəmməd Şah Qacar kimi fateh hökmdarların həyatından bəhs edib. Proqramda, həmçinin Sovet İttifaqı ilə eyni aqibəti yaşayan müstəqil Azərbaycan Respublikasının elan edilməsindən, xalqımızın qədim tarixindən və mədəniyyətindən danışılıb.

Misirli tarixçi alim bundan əvvəl də öz kanalında əzəli Azərbaycan torpağı olan Qarabağın tarixi haqqında proqram hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...