“Bu gün Azərbaycan mədəniyyəti, xalqı üçün əlamətdar gündür“ - NAZİR DANIŞDI

“Bu gün Azərbaycan mədəniyyəti, xalqı üçün əlamətdar gündür. Azərbaycanın dahi oğlu, şəxsiyyəti Müslüm Maqomayevin yubiley günüdür və bu gün biz bura onun əziz xatirəsini yad etməyə gəlmişik”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, M.Maqomayev Azərbaycanın mədəniyyəti üçün çox böyük səylər göstərmiş, töhfələr vermiş bir şəxsiyyətdir: “O, həm də peşəkar sənətkar olmaqla yanaşı, gözəl bir insan idi. Azərbaycanı nəinki Sovet İttifaqında, hətta dünyada tanıdan bir şəxsiyyət idi. M.Maqomayev Azərbaycana bağlı olan sənətkar idi. Biz bunu onun mahnılarında da hiss edirdik. Onun əsərləri daim bizim qəlbimizdədir. Ulu Öndər Heydər Əliyev sənətkara çox böyük dəstək olub. Bu ənənə ölkə başçısı tərəfindən də davam etdirilmişdir. Bu gün cənab Prezidentin sərəncamı ilə hazırlanan M.Maqomayevin heykəlinin rəsmi açılışı oldu. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı, dövləti M.Maqomayevi daim yad edəcək. Əminik ki, onun yaradıcılığı gənc müğənnilərimiz tərəfindən davam etdiriləcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...